...

ARDNŞ əhaliyə qaz tədarükünü artırıb

Energetika Materials 18 Mart 2011 12:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart /Trend/

ARDNŞ bu ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinə 503,6 milyon kubmetr qaz verib. 2010-cu ilin analoji dövründə bu göstərici 497,8 milyon kubmetr olub. Bu barədə ARDNŞ-dən verilən məlumatda deyilir.

Fevralda ARDNŞ tərəfindən əhaliyə ötən ilin fevralındakı 241,5 milyon kubmetrə qarşı 261,9 milyon kubmetr qaz verilib.

2010-cu ildə şirkət tərəfindən Azərbaycan əhalisinə 1,7 milyard kubmetrə yaxın qaz verilib.

Yanvar-fevral aylarında sənaye müəssisələrinə 213,4 milyon kubmetr qaz göndərilib. Ötən ilin eyni dövründə isə bu müəssisələrə 173,1 milyon kubmetr qaz göndərilib.

Ötən il sənaye müəssisələrinə 956,7 milyon kubmetr qaz göndərilib.

Kommunal büdcə müəssisələrinə yanvar-fevral aylarında verilən qazın həcmi 77 milyon kubmetrə yaxın təşkil edib. Ötən ilin yanvar-fevralında bu göstərici 83,8 milyon kubmetr təşkil edib.

Kommunal büdcə müəssisələrinə ötən il 208,2 milyon kubmetr qaz göndərilib.

ARDNŞ tərəfindən yanvar-fevral aylarında "Naxçıvanqaz" İstehsalat Birliyinə 72,5 milyon kubmetr qaz verilib.

Əvvəllər ölkə daxilindəki bütün qaz əməliyyatlarını "Azəriqaz" QSC həyata keçirirdi. 2009-cu ilin iyununda "Azəriqaz" QSC İB kimi yenidən təşkil edilərək ARDNŞ-nin tərkibinə daxil edilib.

Xəbər lenti

Xəbər lenti