...

ARDNŞ-nin Kulevi neft terminalı öz texniki imkanlarını təsdiq edib

Energetika Materials 18 Mart 2011 16:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir E.İsmayılov/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Gürcüstanın Qara dəniz sahillərindəki Kulevi neft terminalının əməliyyat proseslərinin auditi terminalın imkanlarının təsdiqlənməsi məqsədilə aparılıb. Bu barədə cümə günü Trend-ə ARDNŞ-dən məlumat verilib.

Onun sözlərinə görə, audit yoxlamalarının keçirilməsinin təşəbbüskarı Kulevi neft terminalının özü olub.

"Auditin keçirilməsinin təşəbbüskarı kimi terminal özü çıxış edib. Bu, terminalın imkanlarının göstərilməsi və təsdiqlənməsi üçün edilib", - mənbə deyib.

Bir az əvvəl "Tengizchevroil" və "Gross Caspian Oil and Gas Logistics" şirkətlərinin nümayəndələri ARDNŞ-nin Gürcüstanın Qara dəniz sahillərində yerləşən Kulevi neft terminalında əməliyyat proseslərinin texniki auditini keçiriblər.

Əsas diqqət çənlərin kalibrləmə sertifikatlarına, yükləmə və boşaltma proseslərinə, təhlükəsizlik və mühafizə məsələlərinə ayrılıb. Müvafiq departamentlər lazımi informasiyanı təqdim ediblər və yerində iş proseslərinin müşahidəsini təşkil ediblər. Nəticələrə görə, sənədləşmə və baxış keçirilmiş avadanlıq auditorların gözləntilərinə uyğun olub.

Ötən ilin iyulundan terminal "Tengiz" yatağından Qazaxıstan neftinin daşınmasına başlayıb. Buna qədər terminal neft məhsullarının daşınması ilə məşğul olub.

Kulevi terminalı istismara 2008-ci ilin mayında verilib. Neft məhsullarının faktiki olaraq boşaldılmasına iyundan başlanılıb. Terminalda yüklərin yüklənib-boşaldılmasının ümumi gücü ildə 10 milyon ton neft yüküdür. Bura üç milyon ton neft, üç milyon ton dizel yanacağı, dörd milyon ton mazut daxildir. Rezervuar parkının ümumi tutumu 320 min kubmetr təşkil edir və 380 min kubmetrədək artırılması mümkündür.

Xəbər lenti

Xəbər lenti