...

Gürcüstan elektrik enerjisi ixracını genişləndirmək niyyətindədir - energetika naziri

Energetika Materials 23 Mart 2011 15:58 (UTC +04:00)
Gürcüstan elektrik enerjisinin ötürülməsi və onun ixracı üzrə infrastrukturun tikintisini prioritet hesab edir.
Gürcüstan elektrik enerjisi ixracını genişləndirmək niyyətindədir - energetika naziri

Gürcüstan, Tbilisi, 23 mart /Trend, müxbir Kirsxaliya/

Gürcüstan elektrik enerjisinin ötürülməsi və onun ixracı üzrə infrastrukturun tikintisini prioritet hesab edir. Trend-in məlumatına görə, bu barədə parlamentdə Gürcüstanın energetika və təbii ehtiyatlar naziri Aleksandr Xetaquri deyib.

"Bizim elektrik enerjisinin ötürülməsi üzrə qurğularımız olmasa, bu halda onun istehsalı mənasını itirir. Biz elektrik enerjisini satmaq və onun istehsalından gəlir əldə etmək istəyirik", - o bildirib.

Nazirin sözlərinə görə, Axalsıxadan Türkiyəyə elektrikötürücü xəttin tikintisinə artıq başlanıb.

"Bu elektrikötürücü xətt 2012-ci ildə istismara veriləcək və onun köməyi ilə biz Türkiyəyə 700 meqavat elektrik enerjisi ötürə biləcəyik", - nazir bildirib.

Xetaquri qeyd edib ki, Gürcüstan bu miqdarda elektrik enerjisini heç vaxt ixrac etməyib.

Onun sözlərinə görə, ölkə elektrik enerjisinin təkcə Türkiyəyə ixracı ilə kifayətlənmək niyyətində deyil.

"Türkiyə özünün elektrikötürücü sistemini Avropa İttifaqı ilə birləşdirib və indi bu ölkə vasitəsilə biz elektrik enerjisini Avropanın ayrı-ayrı ölkələrinə ixrac edə bilərik. Biz Türkiyə ilə həm Suriya, həm də İordaniyaya ixracı həyata keçirə bilərik və bu istiqamət perspektivlidir", - Xetaquqi əlavə edib.

Nazirin sözlərinə görə, tezliklə Azərbaycan istiqamətində daha bir elektrikötürücü xəttin tikintisinə başlanacaq.

"Gürcüstan 2015-ci ilə elektrik enerjisinin istehsalını iki dəfə artırmaq niyyətindədir", - Xetaqurqi vurğulayıb.

Xəbər lenti

Xəbər lenti