...

KCA DEUTAG şirkəti gəlirin çox hissəsini Azərbaycandakı layihələrdən əldə edəcək

Energetika Materials 31 Mart 2011 14:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir E.İsmayılov/

KCA DEUTAG şirkətinin vaxtı uzadılmış müqavlələr çərçivəsində qazma işləri üzrə gözlənilən gəlirlərinin çox hissəsi Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti ilə bağlanılmış müqavilənin payına düşəcək. Bu barədə strukturun cümə axşamı yaydığı məlumatda deyilir.

Məlumata əsasən, 2010-cu ildə danışıqılar və tenderlər yolu ilə uzadılan müqavilələrdən gözlənilən gəlirlərin həcmi 1,5 milyard dollar təşkil edir.

"Bizim istiqamətimizə gəldikdə, demək olar qazma işləri üzrə hər bir müqavilə danışıqlar və tender yolu ilə uzadılaraq, 1,5 milyard dollardan çox məbləğdə gözlənilən gəliri təmin edib", - məlumatda deyilir.

KCA DEUTAG Xəzərin Azərbaycan sektorunda "Azəri-Çıraq-Günəşli" yatağının işlənməsi layihəsi çərçivəsində qazma işləri aparır. Ötən il şirkət "Azəri-Çıraq-Günəşli"də hasilatın artırılmasını nəzərdə tutan "Chirag oil project" layihəsi çərçivəsində müqavilə də əldə edib. Müqavilə platformanın qazma modullarının mühəndis-layihə işlərinin aparılmasını nəzərdə tutur. Layihə 30 milyon dollar dəyərindədir.

"Azəri-Çıraq-Günəşli" yataqlar blokunun səhmdarları bunlardır: BP (operator - 37,43%), "Chevron" (11,27%), AzAÇG (10%), "Inpex" (10,96%), "Statoil" (8,56%), "Exxon" (8%), TPAO (6,75%), "Itochu" (4,3%), "Hess" (2,72%).

KCA DEUTAG dünyada iri beynəlxalq qazma podratçılarından biridir. Şirkət üzən qazma qurğulardan ibarət donanmaya da malikdr. DEUTAG-da 20-dən çox ölkədə 8000 min nəfərdən çox insan işləyir.

Xəbər lenti

Xəbər lenti