...

ARDNŞ Gürcüstanda daha bir yanacaqdoldurma məntəqəsi açıb

Energetika Materials 12 Aprel 2011 10:17 (UTC +04:00)
Bu yanacaqdoldurma məntəqəsinin istifadəyə verilməsi ilə Gürcüstanda ARDNŞ-yə məxsus YDM-lərin sayı 66-ya çatıb.
ARDNŞ Gürcüstanda daha bir yanacaqdoldurma məntəqəsi açıb

Azərbaycan, Bakı, 12 aprel /Trend/

SOCAR Energy Georgia şirkətinin törəmə müəssisəsi olan SOCAR Georgia Petroleum MMC Tbilisi şəhərində SOCAR brendi ilə işləyən daha bir yanacaqdoldurma məntəqəsini istifadəyə verib. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin məlumatında deyilir.

Bu yanacaqdoldurma məntəqəsinin istifadəyə verilməsi ilə Gürcüstanda ARDNŞ-yə məxsus YDM-lərin sayı 66-ya çatıb.

Xəbər lenti

Xəbər lenti