...

"Nabukko" üzrə investisiya qərarı ilin sonunadək qəbul ediləcək

Energetika Materials 19 Aprel 2011 12:15 (UTC +04:00)
"Nabukko" qaz kəməri layihəsi konsorsiumu layihə üzrə son investisiya qərarının qəbulunu gözləyir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı V Beynəlxalq Xəzər neft-qaz, ticarət-nəqliyyat konfransı zamanı layihənin rəsmi nümayəndəsi Kristian Dolezal deyib.
"Nabukko" üzrə investisiya qərarı ilin sonunadək qəbul ediləcək

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir A.Bədəlova/

"Nabukko" qaz kəməri layihəsi konsorsiumu layihə üzrə son investisiya qərarının qəbulunu gözləyir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı V Beynəlxalq Xəzər neft-qaz, ticarət-nəqliyyat konfransı zamanı layihənin rəsmi nümayəndəsi Kristian Dolezal deyib.

Onun sözlərinə görə, hazırda layihənin həyata keçirilməsində mühüm addım potensial qaz tədarükçüləri, xüsusilə Azərbaycanın "Şahdənz" yatağının işlənməsi üzrə tərəfdaşlarla danışıqlardır.

"Biz ilin sonunadək layihə üzrə son investisiya qərarının qəbul ediləcəyini gözləyirik", - Dolezal qeyd edib.

Onun sözlərinə görə, tədarükçülərdən öhdəliklər alındıqdan andan sonra "open season" prosesi başlayacaq, bundan sonra layihə üzrə son investisiya qərarı da qəbul edilə bilər.

Dolezal ilin əvvəlində Azərbaycan və Avropa Komissiyası arasında "Cənub qaz dəhlizi haqqında bəyannamə"nin imzalanmasının əhəmiyyətini qeyd edib.

Layihə nümayəndəsinin sözlərinə görə, "Nabukko" beynəlxalq maliyyə institutlarının, xüsuisilə Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyinə malikdir.

"Nabukko" qaz kəmərinin tikintisi 2012-ci ilə nəzərdə tutulub, kəmərlə ilk tədarüklər 2015-ci ilə gözlənilir. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin BOTAŞ və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər - 16,67 faiz paya malikdir.

Xəbər lenti

Xəbər lenti