...

Bakı-Tbilisi-Ceyhan layihəsindən Azərbaycan Dövlət Neft Fonduna daxilolmalar artacaq

Energetika Materials 19 Aprel 2011 18:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir A.Axundov/

Bu ilin ikinci rübündə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Bakı-Tbilisi-Ceyhan layihəsindən artıq 20 milyon manat məbləğində dividendlər əldə edib. Trend-in məlumatına görə, bu barədə ARDNF-in icraçı direktoru Şahmar Mövsümov çərşənbə axşamı qurumun ilin birinci rübündə fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, birinci rübdə BTC layihəsindən əldə olunan vəsaitlərin həcminin az olması (16,3 milyon manat) vergilərin ödənilməsi ilə izah edilir. Lakin son aylarda bu göstərici (layihədən əldə olunan dividendlər) artacaq və ilin sonunda 160-170 milyon manat təşkil edəcək.

Mövsümovun sözlərinə göırə, bu fakt artıq ikinci rübdə əldə olunan dividendlərin məbləği ilə təsdiqlənir.

ARDNF-də dövlətə neft və qaz layihələri və əməliyyatlarından daxil olan vəsaitlər toplanır.

2011-ci il aprelin 1-nə olan vəziyyətə görə, ARDNF-in aktivləri bu ilin əvvəli ilə müqayisədə 13,3 faiz (22 766,8 milyon dollar) artaraq 25 796,9 milyon dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti