...

ARDNŞ Xəzərin dibindən batmış gəmiləri qaldırır

Energetika Materials 4 May 2011 19:40 (UTC +04:00)
Xəzər Dəniz Neft Donanmasında ekoloji idarəetmənin əsas prinsiplərindən biri müəssisənin fəaliyyəti prosesində yaranmış müxtəlif çeşidli maye və bərk tullantıların düzgün idarə olunmasıdır.
ARDNŞ Xəzərin dibindən batmış gəmiləri qaldırır

Azərbaycan, Bakı, 4 may /Trend/

Xəzər Dəniz Neft Donanmasında ekoloji idarəetmənin əsas prinsiplərindən biri müəssisənin fəaliyyəti prosesində yaranmış müxtəlif çeşidli maye və bərk tullantıların düzgün idarə olunmasıdır.

Cari ilin I rübündə Donanmanın gəmilərində və sahil obyektlərində formalaşan neftli döşəməaltı-lay suları, məişət-təsərrüfat suları, işlənmiş texniki yağlar və Bakı Buxtasının Dənizkənarı Bulvar və Şimal Çalovu akvatoriyalarında təyinatı üzrə işləyən "Bulvar-1" gəmisi vasitəsi ilə dəniz səthindən yığılan neft emulsiyaları və müxtəlif çeşidli bərk tullantılar yığılaraq qəbul məntəqəsinə təhvil verilmişdir.

Ekoloji maarifləndirmə işlərinin aparılması çərçivəsində, ilin birinci rübü ərzində mühəndis-ekoloqlar tərəfindən keçirilmiş ekoloji baxış zamanı gəmi heyəti üzvləri və sahil obyektlərinin kollektivləri ekoloji yönümlü milli və beynəlxalq hüquqi-normativ sənədlər və tullantıların idarə olunması barədə məlumatlandırılmışdır.

Keçmişdən miras qalmış ekoloji problemlərdən biri Bakı buxtasının batmış və yarıbatmış gəmilərdən təmizlənməsidir. Böyük-Zirə (Nargin) adasının şimal akvatoriyasından "Moskva" və "Baba-zadə" gəmi qalıqlarının qaldırılıb hissə-hissə sahilə daşınıb təhvil verilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilməkdədir.

Xəzər Dəniz Neft Donanması kollektivi 2011-ci ilin bahar iməciliklərində də fəal iştirak edir, təmizlik-abadlıq və yaşıllaşdırma tədbirlərini həyata keçirir. Belə ki, iməciliklərdə iştirak edən işçilər tərəfindən qurumuş ağaclar yeniləri ilə əvəz edilmiş, təzə əkilmiş ağaclara və 3000-dən çox mövcud ağac və dekorativ kola müvafiq aqrotexniki qulluq göstərilmişdir.

Xəbər lenti

Xəbər lenti