...

"Metsamor" AES bütün region üçün təhlükə törədir - Azərbaycanın Energetika Nazirliyi

Energetika Materials 25 May 2011 14:30 (UTC +04:00)
Ermənistanda yerləşən "Metsamor" AES bütün region üçün təhlükə törədir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycan Sənaye və Energetika Nazirliyi Aparatının rəhbəri Rasim Məmmədov bildirib.
"Metsamor" AES bütün region üçün təhlükə törədir - Azərbaycanın Energetika Nazirliyi

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir A.Axundov/

Ermənistanda yerləşən "Metsamor" AES bütün region üçün təhlükə törədir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycan Sənaye və Energetika Nazirliyi Aparatının rəhbəri Rasim Məmmədov bildirib.

"AES pis vəziyyətdədir və onun gələcək işi üçün perspektiv yoxdur", - Məmmədov deyib.

Onun sözlərinə görə, Ermənistanla sərhəddə yerləşən bütün ölkələr bu AES-in bağlanmasında maraqlı olmalıdırlar.

"Azərbaycan artıq öz etirazını bildirib və beynəlxaq təşkilatlara təqdim olunacaq bəyanat hazırlayır", - Məmmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda atom stansiyasının tikintisi planlaşdırılmır.

"Bu gün Azərbaycan elektrik enerjisinə olan tələbatını tam ödəyir və artıq neçə ildir ki, elektrik enerjisi ixrac edir. Ona görə də hələlik atom stansiyasının tikintisi planlaşdırılmır, lakin gələcəkdə bu, mümkündür", - Məmmədov bildirib.

"Metsamor" AES 1970-ci ildə tikilib.

1988-ci ildə 25 min insanın həyatına son qoyan dağıdıcı Spitak zəlzələsindən sonra "Metsamor"un işi dayandırılıb, lakin 1995-ci ildə bütün beynəlxalq etirazlara baxmayaraq AES-in fəaliyyəti bərpa edilib, hətta əlavə olaraq ikinci reaktor da istehsalata buraxılıb. Avropa İttifaqı təkidlə "Metsamor"un 2011-ci ildən gec olmayaraq bağlanmasını tələb etsə və Ermənistana enerji ehtiyaclarını ödəmək üçün 100 milyon avro verməyə hazır olduğunu bildirsə də, qarşı tərəf bununla razılaşmır. Ermənistan "Metsamor"u 2016-cı, uzaq perspektivdə isə 2031-ci ilədək istifadə etmək niyyətində olduğunu gizlətmir. Son 10 ildə bu zonada xeyli miqdarda kiçik zəlzələlərin baş verdiyi, seysmoloqların araşdırmalarına görə bu proseslərin intensivləşməkdə olduğu nəzərə alınarsa, "Metsamor"da böyük qəza törənəcəyi halda yalnız Ermənistan deyil, bütün Cənubi Qafqaz, Yaxın və Orta Şərq ölkələri də ciddi ziyan görəcəklər.

Xəbər lenti

Xəbər lenti