Azərbaycan, Bakı, 28 may /Trend, müxbir E.İsmayılov/
23-27 may həftəsində CIF liman Augusta şərtləri ilə Azərbaycanın Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 117,2 dollar/barel olub. Bu, ötən həftənin qiymətindən 1,7 dollar çoxdur.
23 -27 may həftəsində AZERI LT -nin maksimum qiyməti 118,89 , minimum isə 113,64 dollar/barel təşkil edib.
"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.
23-27 may həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti 109,3 dollar/barel təşkil edib. Bu, ötən həftənin orta qiymətindən 1,92 dollar/barel çoxdur.
23-27 may həftəsində URALS-ın maksimum qiyməti 111,09 dollar/barel, minimum isə 105,49 dollar/barel olub.
URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.
23-27 may həftəsində "Brent Dated" növünün orta qiyməti 113,3 dollar/barel olub. Bu, ötən həftənin orta qiymətindən təxminən 1,32 dollar çoxdur.
23-27 may həftəsində "Brent Dated"in maksimum qiyməti 115,03, minimum isə 109,75 dollar/barel olub.
"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.