...

ARDNŞ Gürcüstanın Marneuli rayonundakı kənddə qazlaşdırmanı başa vurub

Energetika Materials 14 İyun 2011 18:43 (UTC +04:00)
Gürcüstan Prezidenti Mixail Saakaşvilinin ölkənin bütün kəndlərinin qazlaşdırılması üzrə təsdiq etdiyi proqram çərçivəsində ARDNŞ-nin Gürcüstanda maraqlarını təmsil edən Azərbaycanın "SOCAR Energy Georgia" şirkəti Marneuli rayonunun İmri kəndinin qazlaşdırılmasını başa çatdırıb.
ARDNŞ Gürcüstanın Marneuli rayonundakı kənddə qazlaşdırmanı başa vurub

Gürcüstan, Tbilisi, 14 iyun /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Prezidenti Mixail Saakaşvilinin ölkənin bütün kəndlərinin qazlaşdırılması üzrə təsdiq etdiyi proqram çərçivəsində ARDNŞ-nin Gürcüstanda maraqlarını təmsil edən Azərbaycanın "SOCAR Energy Georgia" şirkəti Marneuli rayonunun İmri kəndinin qazlaşdırılmasını başa çatdırıb. Trend-in məlumatına görə, bu barədə Gürcüstan Energetika və Təbii Ehtiyatlar Nazirliyinin məlumatında deyilir. Marneuli Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı rayonlarından biridir.

Layihə çərçivəsində ortatəzyiqli 11 kilometrlik qaz kəmərinin tikintisi həyata keçirilib. Lazımi investisiyaların həcmi 450 000 lari təşkil edib.

Proqram çərçivəsində Gürcüstan ərazisinin 70 faizinin qazlaşdırılması planlaşdırılır.

2008-cil il dekabrın 26-da ARDNŞ və Gürcüstan hökuməti 30 paylayıcı qaz təsərrüfatı və paylayıcı qaz şəbəkəsinin istifadəyə verilməsi barədə müqavilə imzalayıb. Bu şəbəkələr Gürcüstanın Kaxeti, Msxeta-Mtianeti, Şido və Kvemo-Kartli, Acarıstan, Quriya, İmeretiya, Sameqrelo kimi regionlarını əhatə edir. Bu şəbəkələr 24 şirkət tərəfindən istismar olunur.

2009-cu ilin aprelində "SOCAR Energy Georgia" azərbaycanlıların kompakt yaşadığı Gürcüstanın Marneuli rayonunda paylayıcı qaz şəbəkəsini istifadəyə götürüb. Marneuli paylayıcı qaz şəbəkəsi özündə 31 qaz təsərrüfatını ehtiva edir.

Xəbər lenti

Xəbər lenti