...

Azərbaycanda kaustik soda və kükürd turşusunun istehsalı xeyli artıb

Energetika Materials 14 İyun 2011 20:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Yanvar- may aylarında ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyi 7,6 min ton kaustik sodaistehsal edib. Bu göstərici ötənilin müvafiq dövrü ilə müqayisədə 3,3 dəfə çoxdur. Bu barədə Statistika Komitəsindən məlumat verilib.

Məlumata əsasən, yanvar-mayda İB-nin istehsal etdiyi kimyəvi məhsulların əsas növü üzrə artım müşahidə edilib.

Kimyəvi məhsulların əsas növlərinin istehsalı:

Məhsullar

2011-cu ilin yanvar-may aylarında istehsalat

2010-cu ilin yanvar-may ayları ilə müqayisədə (%)

Kükürd turşusu (min ton )

7,6

3,3 dəfə

Polietilen (min ton)

37,1

137,1

Propilen (min ton)

10,9

96,9

İzopropil spirti (min ton)

6,7

97,1

Lak və boya mə hsulları ( ton)

907,3

112

Kaustik soda (ton)

3 318

2,6 dəfə

Yanvar-mayda ölkədə 2842,3 ton bərk polietilen boru, trubka, şlanq istehsal edilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 19,2 faiz çoxdur. Respublikada 73 ton məsaməli poliuretan plastin və zolaq istehsal edilib. Bu, ötən ilin analoji dövr göstəricisindən 30,5 faiz azdır.

Xəbər lenti

Xəbər lenti