...

Xəzərin Azərbaycan sektorunda "Şahdəniz" platformasında hasilat davam etdirilir

Energetika Materials 22 İyun 2011 11:18 (UTC +04:00)
Xəzərin Azərbaycan sektorunda "Şahdəniz" platformasında hasilat enerji təminatında problemlə əlaqədar azaldılmış həcmdə davam edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "BP Azerbaijan" şirkətindən bildirilib.
Xəzərin Azərbaycan sektorunda "Şahdəniz" platformasında hasilat davam etdirilir

Azərbaycan, Bakı, 22 iyun /Trend/

Xəzərin Azərbaycan sektorunda "Şahdəniz" platformasında hasilat enerji təminatında problemlə əlaqədar azaldılmış həcmdə davam edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "BP Azerbaijan" şirkətindən bildirilib.

Platformada təhlükəsizliklə bağlı heç bir problem yoxdur. İşə cəlb edilməyən işçilərin bir qismi sahilə çatdırılıb.

Generatorlarda elektrin enerjisininin təminatı ilə bağlı problem yaranıb. Bunun generatorların istifadə etdikləri dizel yanacağı ilə bağlı olması mümkündür.

Şirkətdə hazırda hasilatın həcminin nə qədər olması bildirilməyib, lakin problemlər meydana çıxana kimi hasilat 3 quyudan sutkada 18 milyon kubmetrə yaxın olub.

Xəbər lenti

Xəbər lenti