...

ARDNŞ təbii fəlakətin nəticələrini aradan qaldıraraq Gürcüstana qaz nəqlini bərpa edib

Energetika Materials 23 İyun 2011 17:43 (UTC +04:00)
Azərbaycanın "SOCAR Georgia Gas" şirkəti (Gürcüstan regionlarında qazın paylanmsı) Xaşuridə (Gürcüstan) təbii fəlakət nəticəsində zədələnmiş 200 metr uzunluğunda qaz kəmərini bərpa edərək əhaliyə qazın verilməsinə başlayıb.
ARDNŞ təbii fəlakətin nəticələrini aradan qaldıraraq Gürcüstana qaz nəqlini bərpa edib

Gürcüstan, Tbilisi, 23 iyun /Trend, müxbir N.Kirsxaliya/

Azərbaycanın "SOCAR Georgia Gas" şirkəti (Gürcüstan regionlarında qazın paylanmsı) Xaşuridə (Gürcüstan) təbii fəlakət nəticəsində zədələnmiş 200 metr uzunluğunda qaz kəmərini bərpa edərək əhaliyə qazın verilməsinə başlayıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, iyunun 18-də təbii fəlakət nəticəsində qaz kəməri zədələnib və bu səbəbdən 300 abonentin qazla təchizatı kəsilib.

Həmçinin, Surami regionunda Suramela çayının məcrasından çıxması səbəbindən qaz kəmərinin 400 metrlik hissəsi zədələnib və nəticədə 800 abonent qazsız qalıb.

Suramidə intensiv bərpa işləri davam edir. Dünəndən başlayaraq qaz təchizatı tədricən bərpa edilir və iyunun 25-da tam bərpa olunacaq.

"SOCAR Georgia Gas" ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) törəmə müəssisəsidir. Hazırda Gürcüstandakı 30-dan artıq qazpaylayıcı şəbəkə şirkətin mülkiyyətindədir.

Xəbər lenti

Xəbər lenti