...

ВР "Şahdəniz" yatağında hasilatın həcmini bərpa edir

Energetika Materials 24 İyun 2011 14:14 (UTC +04:00)
Cümə günü gün ərzində Xəzərin Azərbaycan sektorunda "Şahdəniz" yatağında hasilat iki gün əvvəl generatorlardakı nasazlıq səbəbindən yaranmış problemə qədərki həcmə çatıdrılacaq.
ВР "Şahdəniz" yatağında hasilatın həcmini bərpa edir

Azərbaycan, Bakı, 24 iyun /Trend/

Cümə günü gün ərzində Xəzərin Azərbaycan sektorunda "Şahdəniz" yatağında hasilat iki gün əvvəl generatorlardakı nasazlıq səbəbindən yaranmış problemə qədərki həcmə çatıdrılacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü "BP Azerbaijan" şirkətindən bildirilib.

Problemədək hasilat 3 quyudan sutkada 18 milyon kubmetrə yaxın olub.

Dünən şirkət "Şahdəniz" platformasında generatorların işə salınması prosesinə başlayıb. Hazırda platforma ştat rejimində işləyir.

BP şirkətindən bildirildiyinə görə, problemlərin yaranmasına səbəb suyun dizel yanacağı ilə çirkləndirilməsi olub.

Şirkət nümayəndəsinin sözlərinə görə, platformadan sahilə çatdırılan personal yenidən iş yerlərinə qaytarılıb.

Generatorlarda problemlər aşkar edildikdən sonra personalın bir hissəsi sahilə çatdırılmışdı.

Xəbər lenti

Xəbər lenti