...

Gürcüstan ilin I yarısında 560 milyon kilovat-saatdan çox elektrik enerjisi ixrac edib

Energetika Materials 11 İyul 2011 17:33 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 11 iyul /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan ilin birinci yarısında 561,392 milyon kilovat-saat elektrik enerjisi ixrac edib. Bu barədə bazar ertəsi Trend-ə "Elektrik enerjisi sisteminin kommersiya operatoru" MMC-dən məlumat veriblər.

Məlumata görə, Gürcüstan yanvar-iyunda Türkiyəyə 108,592 milyon kilovat-saat, Azərbaycana 5,924 milyon kilovat-saat, Ermənistana 72,047 milyon kilovat-saat, Rusiyaya 374,829 milyon kilovat saat enerji tədarük edib.

Operatorun məlumatına əsasən, iyunda Gürcüstan elektrik enerjisi idxal etməyib.

Xəbər lenti

Xəbər lenti