...

ARDNŞ qaz anbarlarında qaz ehtiyatını artıracaq

Energetika Materials 15 İyul 2011 15:01 (UTC +04:00)
Bu il Azərbaycan yeraltı qaz anbarlarına 3,5 milyard kubmetr qaz vurmaq niyyətindədir.
ARDNŞ qaz anbarlarında qaz ehtiyatını artıracaq

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir E.İsmayılov/

Bu il Azərbaycan yeraltı qaz anbarlarına 3,5 milyard kubmetr qaz vurmaq niyyətindədir. Bu göstərici ötən il 3,05 milyard olub. Trend-in məlumatına görə, bu barədə cümə günü ARDNŞ prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, qazın vurulması həcmini artırmaq üçün yeni quyular qazılır və kompressor stansiyalarının genişləndirilməsi üzrə işlər aparılır.

Hazırda Azərbaycanın yeraltı qaz anbarlarında qaz ehtiyatları 2 milyard kubmetri ötür.

Qazın vurulması mövsümünün başladığı vaxtdan Azərbaycanın yeraltı qaz anbarlarına 850 milyon kubmetrdən çox qaz vurulub.

Hazırda ölkə iki - "Qaradağ" və "Qalmaz" yeraltı qaz anbarlarına malikdir.

Azərbaycanın yeraltı qaz anbarlarındakı qazın 1,14 milyard kubmetrdən çoxu ötən mövsümdən qalıb.

"İndi qaz anbarlarına sutka ərzində 9 milyon kubmetrə yaxın qaz vurulur", - mənbə bildirib. Qaz anbarlarına qazın vurulması mövsümü sentyabr-oktyabrda gözlənilir.

Ötən mövsümdə ölkənin yeraltı qaz anbarlarından 1,92 milyard kubmetrə yaxın qaz götürülüb.

Xəbər lenti

Xəbər lenti