...

ARDNŞ Azərbaycandakı əməliyyat şirkətlərinin istehsalat meydanlarında ekoloji monitorinqlər aparacaq

Energetika Materials 16 İyul 2011 14:49 (UTC +04:00)
ARDNŞ-də keçirilən iclasda neftlə çirklənmiş torpaqların təmizlənməsi istiqamətində "Ekol Mühəndislik Xidmətləri" QSC-nin xidmətlərindən istifadə məsələləri müzakirə olunub, yeni torpaq və su təmizləyici qurğuların təqdimatı keçirilib.
ARDNŞ Azərbaycandakı əməliyyat şirkətlərinin istehsalat meydanlarında ekoloji monitorinqlər aparacaq

Azərbaycan, Bakı, 16 iyul /Trend/

Şənbə günü ARDNŞ-də şirkətin ekoloji məsələlər üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadənin sədrliyi ilə keçirilən iclasda neftlə çirklənmiş torpaqların təmizlənməsi istiqamətində "Ekol Mühəndislik Xidmətləri" QSC-nin xidmətlərindən istifadə məsələləri müzakirə olunub, yeni torpaq və su təmizləyici qurğuların təqdimatı keçirilib. By barədə ARDNŞ-nin yaydığı məlumatda bildirilir.

Məlumatda deyildiyi kimi, işlərin ən qısa müddətdə ARDNŞ-nin Ekologiya İdarəsi tərəfindən də keçirilməli olduğu barədə qərar qəbul edilib.

İclas zamanı bildirilib ki, əməliyyat şirkətlərinin neftlə çirklənmiş ərazilərində ARDNŞ-nin Ekologiya İdarəsi tərəfindən qısa müddət ərazində kompleks ekoloji monitorinq keçirilməli və hesabatlar hazırlanmalı, onların nəticələrinə əsasən neftlə çirklənmiş torpaqların həcmi müəyyənləşməli, neftlə çirklənmiş torpaqların tam şəkildə təmizlənməsi sahəsində "Ekol" QSC ilə əməkdaşlıq gücləndirilməlidir.

Xəbər lenti

Xəbər lenti