...

"Azərbaycan" İES elektrik enerjisinin istehsalını artırıb

Energetika Materials 21 İyul 2011 15:09 (UTC +04:00)
İlin birinci yarısında "Azərbaycan" İES 2,9 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edib ki, bu da proqnozlaşdırılandan 0,4 faiz çoxdur.
"Azərbaycan" İES elektrik enerjisinin istehsalını artırıb

Azərbaycan, Bakı, 21 iyul /Trend/

İlin birinci yarısında "Azərbaycan" İES 2,9 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edib ki, bu da proqnozlaşdırılandan 0,4 faiz çoxdur. Trend-in məlumatına görə, bu barədə "Azərenerji" SC-nin (Azərbaycanda elektrik enerjisini istehsal edən və paylayan) cümə axşamı yaydığı məlumatda deyilir.

Məlumatda bildirildiyinə görə, hazırda stansiyada təmir-bərpa işləri uğurla həyata keçirilir. Habelə yanvarda yeddinci enerji blokunda başlanan işlər başa çatdırılıb, enerji bloku artıq şəbəkəyə qoşulub. Altıncı blokda analoji işlər davam etdirilir.

Hazırda yeddi mazut çəninin tikintisi üzrə işlər sona çatmaq üzrədir, suburaxan kanalların çəkilişi, torpaq bəndin tikintisi, yardımçı texnoloji avadanlıqların quraşdırılması üzrə işlər davam edir.

Xəbər lenti

Xəbər lenti