...

Türkiyə ilə Azərbaycan arasında enerji layihələri bundan sonra da inkişaf edəcək - Rəcəb Tayyib Ərdoğan

Energetika Materials 27 İyul 2011 13:28 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri öncəsi jurnalistlərə bildirib ki, enerji layihələri, o cümlədən də "Nabukko" layihəsi onun Azərbaycana səfəri zamanı müzakirə olunacaq.
Türkiyə ilə Azərbaycan arasında enerji layihələri bundan sonra da inkişaf edəcək - Rəcəb Tayyib Ərdoğan

Azərbaycan, Bakı, 27 iyul /Trend/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri öncəsi jurnalistlərə bildirib ki, enerji layihələri, o cümlədən də "Nabukko" layihəsi onun Azərbaycana səfəri zamanı müzakirə olunacaq. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti yazır.

"Türkiyə ilə Azərbaycan arasında enerji layihələri bundan sonra da inkişaf edəcək", - Ərdoğan bildirib.

Türkiyənin Baş naziri qeyd edib ki, səfəri zamanı "Nabukko" layihəsinin "yol xəritəsi" və onun reallaşdırılacağı tarix müzakirə olunacaq.

Ərdoğanın sözlərinə görə, bu layihə iki ölkə arasındakı əlaqələri möhkəmləndirəcək və Qafqaz regionunda sabitliyin yaradılmasına kömək edəcək.

Xəbər lenti

Xəbər lenti