...

Dünya neft bazarının əlverişli konyukturası ABƏŞ-ə yarım ildə gəlir vergisi üzrə illik gəlirin 73 faizini mənimsəməyə imkan verib

Energetika Materials 2 Avqust 2011 15:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir İ.Xəlilova/

Azərbaycanın dövlət büdcəsinə 2011-ci ilin ikinci rübündə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən (ABƏŞ) gəlir üzrə daxilolmalar 360,6 milyon manat təşkil edib. Bu barədə çərşənbə axşamı ölkə hökumətindən deyiblər.

ABƏŞ Azeri Light növlü neftin hasil edildiyi Azərbaycanın böyük yataqlar bloku "Azəri-Çıraq-Günəşli"nin (AÇG) operatorudur.

Birinci rübdə dövlət büdcəsinə bu xətlə gəlir vergisi üzrə daxilolmalar 404,6 milyon manat təşkil edib. Neft qiymətlərinin artması podratçı neft şirkətlərindən daxilolmaların artmasına təsir göstərib, belə ki, köçürülən tranşlar neftin bir barel üçün 60 dollar qiyməti ilə hesablanıb, halbuki cari ilin birinci rübündə neftin orta illik qiyməti 106,8 dollara, ikinci rübdə 95,5 dollara çatıb.

Dünya neft bazarının əlverişli konyukturası Azərbaycan neftinin qiymətini kifayət qədər uzun müddət ərzində 2011-ci il dövlət büdcəsində bir barel üçün (60 dollar) müəyyənləşdirilən 80 faizdən çox səviyyədə saxlamağa imkan verib.

Buna görə də hətta neft və qazın həcminin azalması halında belə Azərbaycan onların satışından gözlədiyindən daha çox vəsait əldə edib. Təkcə 2011-ci ilin birinci rübündə Dövlət Neft Fondunun əlavə gəlirləri gözlənilən 193,5 milyon əvəzinə 976,4 milyon manat təşkil edib, ABƏŞ isə son iki rüb ərzində dövlət büdcəsinə 641 milyon manat köçürüb.

Neftin qiymətlərinin artması tendensiyası ilə əlaqədar olaraq 2011-ci il üçün dövlət büdcəsinin proqnozlarına dəyişikliklər nəticəsində ABƏŞ üçün gəlir vergisi üzrə ödəniş 600 milyon manatdan 1 050 milyon manatadək artırılıb. Bu halda neftin qiymətinin proqnozu bir barel üçün 60 dollardan 80 dollara artırılıb.

İki rüb ərzində dövlət büdcəsinə artıq 765,2 milyon manat daxil olduğundan hökumətdə daxilolmaların faktiki proqnozlarının artmasını istisna etmirlər.

CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 1-də 119,84 dollar/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) çərşənbə axşamı verilən məlumata görə, bazar ertəsi neftin qiymətləri cümə gününə nisbətən 0,09 dollar/barel artıb.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır.

ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 1-də 119,02 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,09 dollar/barel çoxdur.

Azərbaycan neftin URALS növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 1-də 113,41 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,35 dollar/barel çoxdur.

ABƏŞ-in bu xətti üzrə daxilolmaları 2010-cu ildə proqnozlaşdırılan 650 milyon manat əvəzinə 741,1 milyon manat, bu il əldə edilən qalıq [58 milyon manat] nəzərə alınmaqla, bu 2010-cu ilin proqnozu 650 milyon manata qarşı təxminən 800 milyon manat deməkdir.

2009-cu ildə dövlət büdcəsinə bu xətlə gəlir vergisi üzrə daxilolmalar 513,2 milyon manat təşkil edib. Bu göstərici neftin qiymətinin bir barel üçün 45 dollar olması proqnozu ilə 1,23 milyard manat olub. 2008-ci illə müqayisədə köçürmələr 76,1 faiz və ya 1636,2 milyon manat azalıb. 2007-ci ilin yekunlarına görə, podratçı şirkətlərdən daxilolmalar 2,5 milyard manatı ötüb.

2011-ci ildə ABƏŞ üçün gəlir vergisi proqnozunun azalması 2013-cü ilədək olan dövrdə 6 milyardlıq "Chirag oil project" layihəsinin həyata keçirilməsi ilə əlaqədardır, lakin neftin qiymətinin artması dövlət büdcəsinə daxilolmaları artırmağa imkan vermir.

Layihənin həyata keçirilməsi çərçivəsində ümumilikdə (2024-cü ildə AÇG üzrə müqavilənin qüvvədə olma müddəti başa çatanadək) 300 milyon barel neft hasil edilməsi planlaşdırılır.

"Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi üzrə layihənin iştirakçıları BP (operator, 37,43 faiz iştirak payı), Chevron (11,27 faiz), ARDNŞ (10 faiz), INPEX (10,96 faiz), Statoil (8,56 faiz), Exxon (8 faiz), TPAO (6,75 faiz), Itochu (4,3 faiz) və Hess şirkətidir (2,72 faiz).

2011-ci ildə Azərbaycanda neft hasilatının həcmi ildə 51 554,2 min ton səviyyəsində proqnozlaşdırılır. Bu həcmdən 43 054,2 min ton AÇG-dən olan Azeri Light növünün payına düşür, 8,5 milyon ton isə ARDNŞ-nin öz vəsaitləri hesabına dənizdə və quruda hasil ediləcək.

Qazın hasilat həcminin 29 135,9 milyon kubmetr səviyyəsində gözlənilir. Bu qazın 18 179,2 milyon kubmetri satış üçündür.

Avqustun 2-nə olan rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti