...

"Bakıelektrikşəbəkə" Bakının mərkəzində yeni yarımstansiya tikir

Energetika Materials 3 Avqust 2011 14:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir E.İsmayılov/

Yaxın vaxtlarda "Bakıelektrikşəbəkə" ASC Bakının Səbail rayonunda yeni "İçərişəhər" yarımstansiyasını istismara verməyi planlaşdırır. Bu barədə SC-nin çərşənbə günü yaydığı məlumatda deyilir.

Məlumatda deyildiyinə görə, yarımstansiya Neftçilər prospekti, 66 ünvanında yerləşəcək. O, 110/35/6 kilovolt gücə malik olacaq.

Bu yarımstansiyanın tikintisi SC-nin iri investisiya layihələrindən biridir. Yarımstansiyada 40meqavat-amper gücündə 2 ədəd transformator avadanlığı quraşdırılacaq. Tikintidə Almaniyanın "Siemens" firmasının avadanlıqlarından da istifadə olunacaq.

Yeni yarımstansiya iri strateji dövlət obyektlərini və bütövlükdə rayon əhalisini fasiləsiz olaraq keyfiyyətli elektrik enerjisi ilə təmin edəcək.

"Bakıelektrikşəbəkə" ASC Azərbaycanın paytaxtında elektrik enerjisinin paylanması və satışı ilə məşğul olur.

Xəbər lenti

Xəbər lenti