...

Türkiyə Azərbaycan və Rusiyadan qaz idxalını artırıb

Energetika Materials 12 Avqust 2011 15:20 (UTC +04:00)
İrandan gedən qaz kəmərinin Türkiyədən keçən hissəsində baş verən partlayışla əlaqədar Türkiyə Azərbaycan və Rusiyadan qaz alışını artırıb.
Türkiyə Azərbaycan və Rusiyadan qaz idxalını artırıb

Azərbaycan, Bakı, 12 avqust /Trend/

İrandan gedən qaz kəmərinin Türkiyədən keçən hissəsində baş verən partlayışla əlaqədar Türkiyə Azərbaycan və Rusiyadan qaz alışını artırıb. Bu barədə Trend-ə cümə günü Türkiyə Energetika Nazirliyindən deyilib.

Nazirlikdən qaz alışının artırılmış həcmi açıqlanmayıb.

Partlayış Türkiyənin Ağrı vilayətində baş verib. Boru kəməri ilə qaz nəqli təmir işləri aparıldıqdan sonra bərpa olunacaq. Buna bir həftəyə yaxın vaxt lazım olacaq.

Azərbaycandan Türkiyəyə qaz tədarükü Cənubi Qafqaz qaz kəməri (Bakı-Tbilisi-Ərzurum) ilə həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti