...

ARDNŞ əməkdaşların işə qəbulunun elektron formasına keçir

Energetika Materials 27 Avqust 2011 18:41 (UTC +04:00)
Sentyabrın 1-dən etibarən ARDNŞ idarə və müəssisələrində yeni əməkdaşların işə qəbulunun elektron formasına keçəcək.
ARDNŞ əməkdaşların işə qəbulunun elektron formasına keçir

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir E.İsmayılov/

Sentyabrın 1-dən etibarən ARDNŞ idarə və müəssisələrində yeni əməkdaşların işə qəbulunun elektron formasına keçəcək. Bu barədə ARDNŞ-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib.

Onun sözlərinə görə, şirkətə işə qəbul yalnız elan edilən yerlərə müsabiqə iştirakçılarının elektron müraciəti əsasında aparılacaq.

"İşə qəbulun elektron formasına keçidin təmini üçün şirkət tərəfindən xüsusi proqram təminatı hazırlanıb. Sistemlə şirkətin saytındakı "Karyera" bölməsində tanış olmaq olar", - Məmmədov bildirib.

Məmmədovun sözlərinə görə, şirkətin hansısa strukturlarına müsabiqəsiz ARDNŞ-nin təqaüdünə azı iki dəfə layiq görülən yerli ali məktəblərin tələbələri, ARDNŞ-nin hesabına xaricdə təhsil alan tələbələr, eləcə də orduya gedən və şirkətdə işini davam etdirmək üçün qayıdan işçilər işə qəbul edilə bilər.

Vakant vəzifələrə qəbul şəffaf və ilk növbədə namizədlərin bacarıqları nəzərə alınmaqla həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti