...

Azərbaycan neftinin qiymətləri: 3-7 oktyabr həftəsinin yekunları

Energetika Materials 8 Oktyabr 2011 15:30 (UTC +04:00)
3-7 oktyabr həftəsində İtaliyanın Augusta limanından CIF şərtləri ilə Azərbaycanın Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 107,06 dollar/barelə yaxın olub. Bu, ötən həftənin qiymətindən təxminən 2,35 dollar azdır.
Azərbaycan neftinin qiymətləri: 3-7 oktyabr həftəsinin yekunları

Azərbaycan, Bakı, 8 oktyabr / Trend müxbir E.İsmayılov/

3-7 oktyabr həftəsində İtaliyanın Augusta limanından CIF şərtləri ilə Azərbaycanın Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 107,06 dollar/barelə yaxın olub. Bu, ötən həftənin qiymətindən təxminən 2,35 dollar azdır.

3-7 oktyabr may həftəsində AZERI LT-nin maksimum qiyməti 109,86, minimum isə 105,14 dollar/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

3-7 oktyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti 101 dollar/barel təşkil edib. Bu, ötən həftənin orta qiymətindən 2,24 dollar/barel azdır.

3-7 oktyabr həftəsində URALS-ın maksimum qiyməti 103,81 dollar/barel, minimum isə 99,13 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

3-7 oktyabr həftəsində "Brent Dated" növünün orta qiyməti 104,33 dollar/barel olub. Bu, ötən həftənin orta qiymətindən təxminən 3,2 dollar azdır.

3-7 oktyabr həftəsində "Brent Dated"in maksimum qiyməti 106,71, minimum isə 102,75dollar/barel olub.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Xəbər lenti

Xəbər lenti