...

Rusiya və Türkiyə cari müqavilənin başa çatmasından sonra RF-dən qaz tədarükü məsələsini müzakirə ediblər

Energetika Materials 10 Oktyabr 2011 20:34 (UTC +04:00)
Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan cari müqavilənin müddətinin bitməsindən sonra digər Türkiyə şirkəti vasitəsilə Rusiya qazının Qərb dəhlizi üzrə tədarükünü bərpa etmək imkanlarını müzakirə ediblər.
Rusiya və Türkiyə cari müqavilənin başa çatmasından sonra RF-dən qaz tədarükü məsələsini müzakirə ediblər

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

RF Baş naziri Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan cari müqavilənin müddətinin bitməsindən sonra digər Türkiyə şirkəti vasitəsilə Rusiya qazının Qərb dəhlizi üzrə tədarükünü bərpa etmək imkanlarını müzakirə ediblər. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Rusiya Federasiyası Baş nazirinin mətbuat katibi Dmitri Peskov bildirib. Məlumatı RİA Novosti agentliyi yayıb.

"RF və Türkiyənin baş nazirləri Rusiya təbii qazının Türkiyəyə tədarükü mövzusu da daxil olmaqla, enerji sxemində qarşılıqlı münasibətlərin cari məsələlərini müzakirə edib, Türkiyə şirkətinin müqavilənin müddətinin bitməsindən sonra onu uzatmaq təklifindən imtina etməsi də nəzərə alınmaqla, Rusiya qazının Qərb dəhlizi üzrə tədarükünün davam etdirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar", - Peskov deyib.

O əlavə edib ki, "digər Türkiyə şirkəti vasitəsilə tədarükün bərpası imkanları"na xüsusi diqqət yetirilib.

Xəbər lenti

Xəbər lenti