...

Səfir: Azərbaycan və Yaponiyanın enerji resurslarından istifadə sahəsində əməkdaşlığı genişləndirilməlidir

Energetika Materials 13 Oktyabr 2011 17:14 (UTC +04:00)
Azərbaycan və Yaponiyanın enerji ehtiyatlarından istifadə sahəsində ikitərəfli əməkdaşlığı insan resurslarının mübadiləsi hesabına və yapon texnologiyasının Mərkəzi Asiya ölkələrində tətbiqi ilə genişləndirilməlidir.
Səfir: Azərbaycan və Yaponiyanın enerji resurslarından istifadə sahəsində əməkdaşlığı genişləndirilməlidir

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir E.Tarıverdiyeva/

Azərbaycan və Yaponiyanın enerji ehtiyatlarından istifadə sahəsində ikitərəfli əməkdaşlığı insan resurslarının mübadiləsi hesabına və yapon texnologiyasının Mərkəzi Asiya ölkələrində tətbiqi ilə genişləndirilməlidir. Trend-in məlumatına görə, bunu Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə deyib.

"Biz neft və qazımızı Yaponiyaya ixrac etməyə hazırıq. Eyni zamanda, biz Sizin ölkədən çox şeylər öyrənə bilərik", - İsmayılzadə "Kyodo News"a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycan energetika və infrastruktur kimi sahələrdə biznes aparmaq və birgə müəssisələr yaratmaq üçün Yaponiya şirkətlərini cəlb etməyə cəhd edir.

İsmayılzadənin sözlərinə görə, Yaponiya şirkətlərini Azərbaycanda biznes aparmağa təşviq etmək üçün Azərbaycan gələn ay Yaponiyada keçiriləcək iqtisadi forumda iştirakdan faydalanacaq.

"Biz demək olar ki, istənilən layihə üçün hazırıq", - o deyib.

Səfir həmçinin qeyd edib ki, Azərbaycan Yaponiya, eləcə də Gürcüstan, Ukrayna və Moldova ilə "GUAM+Yaponiya" turizm sərgi və seminarlarının təşkili çərçivəsində turzimin inkişaf etdirilməsi məsələsi üzərində işləyəcək.

Xəbər lenti

Xəbər lenti