...

Azərbaycan ortamüddətli perspektivdə Avropa qaz bazarına çıxmağı planlaşdırır

Energetika Materials 29 Oktyabr 2011 12:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir E.İsmayılov/

Transxəzər qaz kəməri, Cənubi Qafqaz qaz kəməri və "Cənub dəhlizi"nin layihələrindən birinin daxil olduğu beynəlxalq qaz kəməri sisteminin yaradılması və fəaliyyəti Azərbaycana uzunmüddətli inteqrasiya siyasətində Avropa iqtisadiyyatında iştirak etməyə imkan verəcək.

Trend-in şənbə günü məlumatına görə, bu barədə baxılması üçün Azərbaycan Milli Məclisinə təqdim edilən "2012-ci il və növbəti üç il üzrə sosial-iqtisadi inkişaf konsepsiyası" layihəsində deyilir.

Bu sistemin yaradılması Azərbaycana Avropa bazarına çıxmağa, qazın satışı və tranzitindən gəlirləri artırmağa imkan verəcək.

Transxəzər qaz kəməri qazın Türkmənistandan Xəzər dənizi vasitəsilə Azərbaycana və daha sonra Avropaya tədarükünü təmin etməyə yönəlib.

"Cənub dəhlizi" layihəsi Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir. Enerji tədarükünün mənbə və marştutlarını diversifikasiya edəcək və bununla da Aİ-nin enerji təhlükəsizliyini artıracaq "Cənub dəhlizi" layihəsinə aiddir: "Nabukko" qaz kəməri, Transadriatik qaz kəməri (TAP), "Ağ axın", ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri).

"Cənub dəhlizi"nin məqsədi Avropa qaz bazarını birbaşa olaraq dünyanın iri qaz regionu ilə (Xəzər hövzəsi və Yaxın Şərq) birləşdirməkdir.

Xəbər lenti

Xəbər lenti