...

Bakı-Novorossiysk kəməri ilə nəqlin dayanması neftin yüklənməsinə təsir etməyəcək - "Transneft" (ƏLAVƏ OLUNUB)

Energetika Materials 8 Noyabr 2011 16:48 (UTC +04:00)
Bakı-Mahaçqala-Novorossiysk boru kəmərində aşkar edilən qanunsuz oyuq açılması səbəbindən neft nəqlinin dayandırılması Novorossiysk limanından neftin yüklənməsinə heç bir təsir göstərməyəcək.
Bakı-Novorossiysk kəməri ilə nəqlin dayanması neftin yüklənməsinə təsir etməyəcək - "Transneft" (ƏLAVƏ OLUNUB)

Trend-i buradan izləyin

"Transneft" şirkətinin şərhləri əlavə olunub (ilk xəbər saat 15:29-da yayılıb)

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir A.Axundov/

Bakı-Mahaçqala-Novorossiysk boru kəmərində aşkar edilən qanunsuz oyuq açılması səbəbindən neft nəqlinin dayandırılması Novorossiysk limanından neftin yüklənməsinə heç bir təsir göstərməyəcək. Bu barədə "Transneft" şirkətinin mətbuat katibi İqor Dyomin çərşənbə axşamı Trend-ə bildirib.

"Hazırda Novorossiyskdə neftin böyük əmtəə ehtiyatları var. Payız olduğundan, Novorossiyskdə havalar qeyri-sabitdir və orada böyük həcmdə neft yığılıb, ona görə də bu, yüklənməyə heç bir təsir göstərməyəcək", - Dyomin deyib.

"Transneft" Bakı-Mahaçqala-Novorossiysk boru kəmərində qanunsuz oyuq açılması səbəbindən neftin nəqlini dayandırıb. Dyominin sözlərinə görə, neftin nəqli bir saat ərzində bərpa ediləcək.

"Hazırda kəmərə edilən qanunsuz müdaxilənin aradan qaldırılması üzrə işlər görülür. Oyuğu qaynaq edib, oraya qapaq qoymaq böyük problem deyil, istintaq hərəkətləri vaxt tələb edir", - Dyomin deyib.

Dağıstanın Kizlyar rayonundakı Karl Marks adına və Vinoqradnoye kəndləri arasında neft sızması baş verib. Nəticədə qanunsuz olaraq kəmərdə açılan oyuq nəticəsində torpağa 5 kubmetrə yaxın yanacaq tökülüb, çirklənmə sahəsi təxminən 30-35 kvadrat metr təşkil edir.

Noyabrda ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Rusiyanın Novorossiysk limanından ümumi həcmi 210 min ton olan iki neft partiyası satıb.

ARDNŞ Novorossiysk vasitəsilə öz yataqlarından, eləcə də ölkənin quru yataqlarında işləyən birgə müəssisələrin və əməliyyat şirkətlərinin hasil etdiyi neftin nəqlini həyata keçirir.

Ötən il ARDNŞ Bakı-Novorossiysk boru kəməri ilə 2009-cu ildəki 2,5 milyon tona qarşı 2,24 milyon ton neft nəql edib.

2008-ci ildə ARDNŞ Bakı-Novorossiysk boru kəməri ilə 1,2 milyon ton neft ixrac edib. 2007-ci ildə bu marşrut üzrə 1,2 milyon tona yaxın neft ixrac olunub.

Bakı-Novorossiysk kəmərinin operatoru 2007-ci ilin sonunadək ABƏŞ olub. O, sonradan bu funksiyanı ARDNŞ-yə verib.

Xəbər lenti

Xəbər lenti