...

AYİB və Dünya Bankı Azərbaycan, Qazaxıstan, Türkmənistan və Rusiyaya neft və qazın effektiv hasilatında kömək edəcək

Energetika Materials 9 Noyabr 2011 12:06 (UTC +04:00)
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Dünya Bankı (DB) ilə birlikdə Azərbaycan, Qazaxıstan, Türkmənistan və Rusiyaya bu ölkələr tərəfindən neft-qaz əməliyyatlarının aparılması zamanı biznes-rəqabətin artırılması məqsədilə enerji effektivliyi üzrə tədbirlər görməkdə kömək edəcəklər.
AYİB və Dünya Bankı Azərbaycan, Qazaxıstan, Türkmənistan və Rusiyaya neft və qazın effektiv hasilatında kömək edəcək

Azərbaycan, Bakı, 9 noyabr /Trend, müxbir A.Bədəlova/

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Dünya Bankı (DB) ilə birlikdə Azərbaycan, Qazaxıstan, Türkmənistan və Rusiyaya bu ölkələr tərəfindən neft-qaz əməliyyatlarının aparılması zamanı biznes-rəqabətin artırılması məqsədilə enerji effektivliyi üzrə tədbirlər görməkdə kömək edəcəklər. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü AYİB-in rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.

Məlumatda deyilir ki, bu təşəbbüs DB-nin "Qaz yandırılmasının azalması üzrə qlobal tərəfdaşlıq" proqramı çərçivəsində həyata keçiriləcək.

Bir sıra neft-qaz şirkətləri ilə birgə AYİB və DB dörd ölkədəki 100 neft obyektində qazın ayrılması və yandırılması üzrə əməliyyatların qiymətləndirilməsini təklif edən, eləcə də gələcəkdə səmt qazının utilizasiyası üçün əsas maneələrin aşkar edilməsi üzrə novator bazar araşdırmaları aparacaq.

Bundan əlavə, tədqiqat zamanı qüvvədə olan normativ-hüquqi baza təhlil ediləcək, bazar, infrastruktur və maliyyə əngəlləri öyrəniləcək.

Yeni tədqiqat çərçivəsində beynəlxalq və yerli ekspertlər hər bir ölkədəki neft yataqlarının yerləşdiyi yerdən, növündən və ölçüsündən asılı olaraq, eləcə də enerjiyə olan tələbatın səviyyəsini təsnifləşdirəcəklər.

Tədqiqatın maliyyələşdirilməsi üzrə bir milyon avro dəyərində vəsait AYİB-in Xüsusi Səhmdarlar Fondundan ayrılacaq.

Xəbər lenti

Xəbər lenti