...

ARDNŞ "Günəşli" yatağında qazma qurğularını təzələyir

Energetika Materials 12 Noyabr 2011 12:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 noyabr/Trend müxbir E. İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) müstəqil işlədiyi "Günəşli" yatağının dayaz hissəsində yerləşən platformalarda yeni qazma qurğuları quraşdırır. Trend-in məlumatına görə, bu barədə şənbə günü ARDNŞ-in məlumatında deyilir.

Məlumata əsasən, ARDNŞ bu il 10 dəst yeni NBO-160 D tipli qazma qurğusu alıb.
Bu qurğulardan 1 dəsti artıq quraşdırılıb və "Günəşli-14" platformasında işlək vəziyyətinə gətirilib. Daha iki qurğu isə "Günəşli-2" və "Günəşli-11" platformalarında quraşdırılır. "Günəşli-3" platformasında quraşdırılacaq qurğu isə yığılmaq üçün Tikinti Quraşdırma İdarəsinə təhvil verilib. Qalan 6 dəst qurğunun 19, 5, 15, 10, 6 və 9 saylı platformalarda quraşdırılması planlaşdırılır.

"Günəşli" yatağı ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malikdir. ARDNŞ yataqda məhsuldarlığın daha da artırılması, neft və qaz quyularının əsaslı təmirində yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində mütəmadi tədbirlər həyata keçirir.
"Günəşli" yatağı "28 may" Neft-Qaz Çıxarma İdarəsinin balansındadır.

"Günəşli" yatağının dayaz hissəsi ARDNŞ-in öz vəsaiti hesabına, "Azəri-Çıraq-Günəşli" yatağı blokunun tərkibindəki dərin özülləri isə xarici şirkətlər konsorsiumu ilə birgə işlənir.

Xəbər lenti

Xəbər lenti