Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir E.İsmayılov/
7-11 noyabr həftəsində İtaliyanın Augusta limanından CIF şərtləri ilə Azərbaycanın Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 118,2 dollar/barel olub. Trend-in məlumatına görə, bu, ötən həftənin orta qiymətindən təxminən 5 dollar çoxdur.
7-11 noyabr həftəsində AZERI LT-nin maksimum qiyməti 119,16, minimum isə 116,87 dollar/barel təşkil edib.
"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.
7-11 noyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti təqribən 113,1 dollar/barel təşkil edib. Bu, ötən həftənin orta qiymətindən 4,77 dollar/barel çoxdur.
7-11 noyabr həftəsində URALS-ın maksimum qiyməti 114,05 dollar/barel, minimum isə 111,8 dollar/barel olub.
URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.
7-11 noyabr həftəsində "Brent Dated" növünün orta qiyməti təqribən 114,8 dollar/barel olub. Bu, ötən həftənin orta qiymətindən 5,1 dollar çoxdur.
7-1 noyabr həftəsində "Brent Dated"in maksimum qiyməti 115,8, minimum isə 113,43 dollar/barel olub.
"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.