...

ARDNŞ Bakıda yeni YDM istismara verəcək

Energetika Materials 5 Dekabr 2011 15:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 dekabr /Trend müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) gələn ilin yanvarında Bakıda növbəti yanacaqdoldurma məntəqəsini istismara verməyi planlaşdırır. Bu barədə Trend-ə bazar ertəsi şirkətin təsisçilərindən biri kimi çıxış edən ARDNŞ-dəki mənbə məlumat verib.

Onun sözlərinə görə, məntəqənin tikintisi üzrə işlər başa çatır.

Yeni məntəqə Bakının Sabunçu dairəsi yaxınlığında yerləşir.

Onun sözlərinə görə, hazırda Bakıda SOCAR brendi altında YDM-in sayı 14 ədədə çatıb, gələn il isə onların sayı artıq 25-26 ədəd təşkil edəcək.

Ötən ilin üçüncü rübündə neft məhsullarının pərakəndə satış bazarına çıxan ARDNŞ qısa müddət ərzində Azərbaycan bazarında öz mövqeyini möhkəmləndirib.

Perspektivdə Azərbaycanda SOCAR brendi altında yanacaqdoldurma məntəqələrinin sayını 80-100 ədədə çatdırmaq planlaşdırılır.

"SOCAR Petroleum"un səhmdarları ARDNŞ (51 faiz) və ABŞ-ın A.P. International (49 faiz) şirkətidir. "SOCAR Petroleum" 2008-ci il yanvarın 21-də qeydiyyatdan keçib.
Hazırda ARDNŞ Gürcüstanda 70-dən çox yanacaqdoldurma məntəqəsinə sahibdir, Ukraynanın neft məhsullarının pərakəndə satış bazarında işə başlayıb, eləcə də Rumıniyada YDM-lərin açılması üzrə iş aparır.

Xəbər lenti

Xəbər lenti