...

"Qazprom" 2012-ci ildə Azərbaycan qazının alışını 1,5 dəfə artıracaq

Energetika Materials 15 Dekabr 2011 20:28 (UTC +04:00)
"Qazprom" 2012-ci ildə Azərbaycan qazının alış həcmini 1,5 dəfə artırmağa hazırlaşır.
"Qazprom" 2012-ci ildə Azərbaycan qazının alışını 1,5 dəfə artıracaq

Azərbaycan, Bakı, 15 dekabr /Trend/

"Qazprom" 2012-ci ildə Azərbaycan qazının alış həcmini 1,5 dəfə artırmağa hazırlaşır. Belə ki, şirkət 2012-ci ildə Azərbaycandan 3 milyard kubmetrə qədər qaz almağı planlaşdırır. Halbuki cari ilin planına əsasən, bu, 2 milyard kubmetr təşkil edir. Bu barədə Trend "RİA Novosti"yə istinadən məlumat verir.

Müvafiq razılıq cümə axşamı "Qazprom" şirkətinin idarə heyətinin sədri Aleksey Millerlə ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abduullayev arasında baş tutan işgüzar görüşdə əldə edilib.

"İlkin məlumatlara görə, noyabr ayı ərzində "Qazprom" ötən illə müqayisədə Azərbaycan qazının alışını 70 faiz artırıb ki, bu da 1,3 milyard kubmetr təşkil edib", - məlumatda deyilir.

Görüşün yekunu olaraq, Miller və Abdullayev eyni fikirdə olublar ki, şirkətlərin qarşılıqlı tərəfdaşlığı iki ölkənin strateji əməkdaşlığının möhkəmlənməsinə böyük töhfədir.

Azərbaycan qazının Rusiyaya alqı-satqısı üzrə ortamüddətli müqavilə 2009-cu il oktyabrın 14-də Bakıda ARDNŞ və "Qazprom" arasında imzalanıb. Rusiyaya Azərbaycan qazının tədarükünə 2010-cu il yanvarın 1-dən başlanılıb. ARDNŞ 2010-cu ildə Rusiyaya 799,75 milyon kubmetr qaz ixrac edib, 2011-ci il üzrə plana əsasən isə bu rəqəm 2 milyard kubmetr təşkil edir.

Xəbər lenti

Xəbər lenti