...

Azərbaycanın enerji operatoru gücləndirilmiş iş rejiminə keçir

Energetika Materials 19 Dekabr 2011 15:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir E.İsmayılov/

"Azərenerji" ASC Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramında gücləndirilmiş iş rejimində işləyəcək. Bu barədə bazar ertəsi Trend-ə ASC-nin vitse-prezidenti Marlen Əsgərov deyib.

Onun sözlərinə görə, hazırda ASC paylayıcı şəbəkələrin yenilənməsi və təmiri üzrə fəal işlər görür ki, bu da böyük həcmdə vəsait və işçi qüvvəsi tələb edir.

"Abunəçiləri təkcə bayram günlərində deyil, həmişə elektrik enerjisi ilə təmin etmək üçün zəruri işlər aparılır", - Əsgərov qeyd edib.

Vitse-prezidentin sözlərinə görə, həmçinin, bayram günlərində operativ qruplar gücləndirilmiş iş rejimində işləyəcək. Onlar elektrik enerjisinin verilməsində problem yaranacağı təqdirə, bu problemləri qısa müddətdə aradan qaldıracaqlar.

Əsgərov deyib ki, ölkənin enerji sistemi sabit fəaliyyət göstərməsi üçün hər şey edir, lakin obyektiv səbəblərdən - güclü külək, qar yağması və yağışlar elektrikötürücü xətlərdə ağacları yıxır və qırır ki, bu da bəzən problemlər yaradır.

"Bu, bizdən asılı vəziyyət deyil, lakin bu hadisələrə operativ reaksiya göstərmək və onların fəsadlarını aradan qaldırmaq üçün çalışırıq ki, istehlakçıların elektrik enerjisi ilə təchiz olunmasında problem yaranmasın", - Əsgərov deyib.

Xəbər lenti

Xəbər lenti