...

Bakı İEM elektrik enerjisi istehsalını artırıb

Energetika Materials 20 Dekabr 2011 16:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir E.İsmayılov/

Yanvar-noyabr aylarında Bakı İstilik Elektrik Mərkəzi (İEM) 382 milyon kilovat-saat proqnoza qarşı 387 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edib. Trend-in məlumatına görə, bu barədə "Azərenerji" ASC-nin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Müəssisədə cari ilin noyabr ayında 42,7 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da proqnozlaşdırılandan 193 min kilovat-saat çoxdur.

Bakı İEM-də hər birinin gücü 53,5 MVt olan iki ədəd qaz-turbin qurğusu fəaliyyət göstərir. Burada hasil edilən buxar respublikamızın ən iri emal müəssisələrindən olan "Azərneftyağ" İstehsalat Birliyinin tələbatını tam ödəyir. "Azəristiliktəchizat" ASC də müəssisənin tələbatçılarındandır.

Xəbər lenti

Xəbər lenti