...

Azərbaycan Qırğızıstanda NEZ-in tikintisində maraqlıdır (FOTO)

Energetika Materials 18 Yanvar 2012 17:40 (UTC +04:00)
Azərbaycan Qırğızıstanda neft emalı zavodunun (NEZ) tikintisində maraqlı olduğunu bildirib.
Azərbaycan Qırğızıstanda NEZ-in tikintisində maraqlıdır (FOTO)

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Qırğızıstanda neft emalı zavodunun (NEZ) tikintisində maraqlı olduğunu bildirib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Qırğızıstanın Baş naziri Omurbek Babanovla görüşdə ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev deyib.

Abdullayevin sözlərinə görə, əvvəlcə əldə edilmiş razılaşmalara əsasən, məsələlərin daha dərindən öyrənilməsi üçün Azərbaycandan Qırğızıstana xüsusi qrup yollanacaq.

Babanov öz növbəsində qeyd edib ki, Qırğızıstan hökuməti tərəfindən Azərbaycanın respublikanın iqtisadiyyatına uğurlu sərmayə qoymasına hərtərəfli dəstək və kömək göstəriləcək.

"Biz dost Azərbaycandan respublikanın təkcə neft sektoruna deyil, eləcə də ölkənin perspektiv sahələrinə sərmayələrin qoyulmasını gözləyirik", - Babanov qeyd edib.

Xəbər lenti

Xəbər lenti