Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir E.İsmayılov/
Azərbaycanda fəaliyyət göstərdiyi dövrdə BP şirkətinin tərəfdaşları ilə birlikdə investisiyalarının həcmi 35 milyard dollar təşkil edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "BP Azerbaijan" şirkətinin rəhbəri Rəşid Cavanşir Milli Olimpiya və Milli Paralimpiya komitələri ilə dəstək sazişinin imzalanması zamanı bildirib.
Onun sözlərinə görə, şirkət Azərbaycanda 20 illik fəaliyyəti ərzində neft-qaz sektorunun, ümumilikdə, Azərbaycan iqtisadiyyatının inkişafına böyük töhfə verib.
Şirkət ölkənin neft-qaz sektorunun inkişafında böyük rol oynayır və iri beynəlxalq neft-qaz hasilatı və neft-qaz nəqliyyatı layihələrinin operatorudur.
Şirkətin rəhbəri bildirib ki, BP sonrakı illərdə də respublikanın iqtisadiyyatının, o cümlədən neft-qaz sahəsinin inkişafında öz fəlaiyyətini davam etdirəcək.