...

Azərbaycan Dövlət Neft Fondu Avropada daşınmaz əmlaka investisiya qoyacaq

Energetika Materials 10 Fevral 2012 15:35 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2012-ci ildə yeni maliyyə alətlərinə investisiya qoymağı planlaşdırır.
Azərbaycan Dövlət Neft Fondu Avropada daşınmaz əmlaka investisiya qoyacaq

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir A.Axundov/

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2012-ci ildə yeni maliyyə alətlərinə investisiya qoymağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Fondun vəsaitlərinin idarə olunması şöbəsinin direktoru İsrafil Məmmədov bildirib.

Bu məqsəd Dövlət Neft Fondunun 2012-ci il üzrə investisiya siyasətində qarşıya qoyulub.

"Siyasət artıq müəyyən olunub, insi biz onun reallaşdırılması ilə məşğul oluruq", - Məmmədov deyib.

Onun sözlərinə görə, 2012-ci ildə ARDNF qızıl, səhmlər və daşınmaz əmlak kimi yeni alətlərə investisiya qoyacaq.

"İlk növbədə, söhbət çox şəffaf daşınmaz əmlak bazarlarının mövcud olduğu inkişaf etmiş Avropa ölkələrində kommersiya daşınmaz əmlak haqqında gedir. Sonradan başqa bazarlara da baxılacaq", - Məmmədov deyib.

Onun sözlərinə görə, bütün bu üç istiqamətdə fəal iş gedir. "Bazarlar öyrənilir, potensial tərəfdaşlarla danışıqlar aparılır", - Məmmədov əlavə edib.

Dövlət Neft Fondu 1999-cu ildə yaradılıb. Hazırda onun aktivləri 271 milyon dollar təşkil edir. Ötən ilin yekunları üzrə Fondun aktivləri 29,8 milyard dollar təşkil edib.

ARDNF-nin Nizamnaməsinə görə, Fondun vəsaitləri strateji baxımdan mühüm infrastruktur obyektlərin tikintisi və yenidən qurulmasına, eləcə də vacib ümummilli problemlərin həlli üçün istifadə oluna bilər.

Dövlət Neft Fondu 1999-cu ildə yaradılıb. Fondun əsas məqsədləri bunlardır: iqtisadiyyata mənfi təsirlərin minimallaşdırılması məqsədilə Fondun vəsait və aktivlərini xaricdə yerləşdirməklə müəyyən dərəcədə "holland sindromu"nun qarşısını almaq, vəsaitlərin gələcək nəsillər üçün toplanmasını təmin etmək və ölkədə cari sosial-iqtisadi prosesləri dəstəkləmək.

Xəbər lenti

Xəbər lenti