...

İran altı Avropa ölkəsinə neft satışını dayandırdı (ƏLAVƏ OLUNUB)

Energetika Materials 15 Fevral 2012 16:50 (UTC +04:00)

Birinci abzasdan sonra təfərrüatlar əlavə olunub (ilk xəbər 16:03-də yayılıb)

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbirlər E.Tariverdiyeva, T. Cəfərov/

İran altı Avropa ölkəsinə neft satışını dayandırıb. Trend-in məlumatına görə, bu barədə Press TV xəbər verib.

Çərşənbə günü Fransa, İspaniya, İtaliya, Portuqaliya, Yunanıstan və Niderlandın səfirləri ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə çağırılıb. Görüşdə Aİ-nin İrana qarşı birtərəfli sanksiyaları müzakirə edilib.

İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Kərim Abidi deyib ki, bir neçə Avropa ölkəsi İrandan Aİ-nin bu ölkədən neft ixracına qarşı sanksiyaların tətbiqi haqqında qərarının ləğvi üçün möhlət istəyib.

Xəbər lenti

Xəbər lenti