...

Ağstafa rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq

Energetika Materials 15 Mart 2012 18:02 (UTC +04:00)
Ağstafa rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq.
Ağstafa rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir E.İsmayılov/

Ağstafa rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyinin cümə axşamı yaydığı məlumatda deyilir.

Qaz sızmalarının ləğvi və təmir-bərpa işləri ilə əlaqədar, 16.03.2012-ci il tarixdə saat 10:00-dan 18:00-dək Ağstafa avtomatik qazpaylayıcı stansiyasından Ağstafa rayonunu təbii qazla təmin edən qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri zamanı Ağstafa şəhəri də daxil olmaqla, rayonun Dağ Kəsəmən, Xətai, Yenigün, Poylu, Aşağı Kəsəmən, Zəlimxan və Qıraq Kəsəmən kəndlərinə "mavi yanacaq" fasilələrlə veriləcək.

Xəbər lenti

Xəbər lenti