...

TANAP layihəsi çərçivəsində işlərin planı açıqlanıb

Energetika Materials 9 Aprel 2012 11:24 (UTC +04:00)
2012-ci ilin payızınadək boruların və Trans Anadolu boru kəməri (TANAP) layihəsinin reallaşdırılması üçün zəruri olan başqa avadanlıqların istehsalına başlanacaq.
TANAP layihəsi çərçivəsində işlərin planı açıqlanıb

Azərbaycan, Bakı, 9 aprel / Trend, müxbirlər A.Tağıyeva, E.İsmayılov/

2012-ci ilin payızınadək boruların və Trans Anadolu boru kəməri (TANAP) layihəsinin reallaşdırılması üçün zəruri olan başqa avadanlıqların istehsalına başlanacaq. Bunu ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Xarici İnvestisiyalar İdarəsinin rəhbəri Vaqif Əliyev bəyan edib. Trend-in məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər verir.

"TANAP layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanması işlərinə başlanıb. Bu ilin payızında bu layihə üzrə fiziki işlərə başlanması planlaşdırılır", - Əliyev deyib.

Hazırda Azərbaycan Türkiyəyə qazı Cənubi Qafqaz qaz kəməri ilə ixrac edir.

Əliyevin sözlərinə görə, Türkiyəyə idxal olunan Azərbaycan qazı bu ölkəyə başqa mənbələrdən tədarük edilən qazla müqayisədə ən ucuzudur.

"Türkiyədə qazın qiymətinin artması Azərbaycan qazı ilə bağlı deyil, ona görə ki, o, qiymətcə Türkiyəyə satılan qazdan nəzərəçarpacaq dərəcədə ucuzdur", - o deyib.

Xəbər lenti

Xəbər lenti