...

ARDNŞ Ukraynada ilk dəfə sosial avtomatlaşdırılmış yanacaqdoldurma kompleksi açır

Energetika Materials 16 Aprel 2012 17:34 (UTC +04:00)
Aprelin 20-də “SOCAR Energy Ukraine” neft şirkəti Ukraynada ilk dəfə operatorlar və yanacaqdolduranlar olmadan işləyən “SOCAR Rapid” sosial avtomatlaşdırılmış yanacaqdoldurma kompleksini açır. Trend-in məlumatına görə, bu barədə şirkətin bazar ertəsi yaydığı məlumatda deyilir.
ARDNŞ Ukraynada ilk dəfə sosial avtomatlaşdırılmış yanacaqdoldurma kompleksi açır

Azərbaycan, Bakı, 16 aprel / Trend/

Aprelin 20-də "SOCAR Energy Ukraine" neft şirkəti Ukraynada ilk dəfə operatorlar və yanacaqdolduranlar olmadan işləyən "SOCAR Rapid" sosial avtomatlaşdırılmış yanacaqdoldurma kompleksini açır. Trend-in məlumatına görə, bu barədə şirkətin bazar ertəsi yaydığı məlumatda deyilir.

"Onun xüsusiyyəti - daha aşağı qiymətə daim yüksək keyfiyyətli yanacaqdır", - məlumatda deyilir.

Kompleks Odessa vilayəti, Lyubaşov rayonu, Demidovka kəndidir. Burada müştərilər avtomobillərini Nano 95, Nano diesel, А 95, А 92 t adi qiymətdən aşağı firma yanacağı ilə dolduracaqlar.

Bu stansiyada personal olmayacaq, lakin bir operator daim burada olacaq. O, avadanlıqların işinə nəzarət edəcək, lazım gələrsə, müştərilərə avadanlıqlardan istifadə qaydalarınnı başa salacaq və ərazinin təmizliyinə riayət edəcək.

"SOCAR Rapid" YDM-nin iş prinsipi belədir:

Müştəri stansiyaya gəlir,kolonkanı, yanacağın növünü seçir, "tapança" çənə qoyur (hansı "pistoleti" seçməyi sistem özü avtomatik müəyyən edir). Daha sonra müştəri yanacağa görə nağd ödənişi ödniş terminalı vasitəsilə həyata keçirir. Avtomat özü tələb olunan məbləğdə yanacağın litrlərinin sayını müəyyən edir, çəni ödənilən miqdarda dolduraraq sönür. Doldurmadan sonra müştəri tapançanı kolonkaya qoyur ki, bu da avtomat üçün prosesin tamamlanmasının siqnalı kimi xidmət edir və buraxılmış litrlərin miqdarı və ödənmiş məbləğin göstərildiyi qəbzi alır. Bu proses üç dəqiqədən çox vaxt almayacaq.

Bununla yanaşı avtomat YDM-də bütün ziyarətçilərin rahatlığı üçün lazım olan hər şey var: isti və sərinləşdirici içki və qəlyanaltı avtomatları, sanitariya qovşağı.

"Belə YDM-də təkrar hesabaalmalar və məzuniyyətlər olmayacaq", - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti