...

Hindistan Azərbaycanda gübrə istehsalı zavodlarının tikintisində iştirak etməyə hazırdır

Energetika Materials 16 Aprel 2012 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 aprel/Trend, müxbir A. Axundov/

Hindistan şirkətləri Azərbaycan ərazisində və regionda gübrə istehsalı zavodların tikintisində iştirak edə bilər. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Hindistanın ticarət və sənaye üzrə dövlət naziri Ciotiraditya Şindia bildirib.

"Hindistanın bu sahədə böyük təcrübəsi var və onu bölüşə bilər" , - Bakıda keçirilən Azərbaycan-Hindistan ticari, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın ikinci iclasında iştirak edən Şindia deyib.

Onun sözlərinə görə, bu zavodların ehtiyaclarını ödəmək üçün Azərbaycan qazı istifadə edilə bilər.

"Ölkələr arasında əməkdaşlığın strateji istiqamətlərindən biri neft-qaz sahəsidir. Xüsusən Hindistan Bakı-Tbilisi-Ceyhan və digər boru kəmərlərindən istifadə edə bilər" , - Şindia qeyd edib.

Onun sözlərinə görə, bundan savayı ikitərəfli münasibətlərin inkişafının perspektivli istiqamətləri təhsil, informasiya texnologiyaları, əczaçılıq, turizmdir.

Xəbər lenti

Xəbər lenti