...

Yeni kimya parkı Sumqayıtın inkişafına təkan verəcək - ARDNŞ

Energetika Materials 18 Aprel 2012 18:17 (UTC +04:00)
Kimya sənaye parkının yaradılması Sumqayıt şəhərinin inkişafına təkan verəcək.
Yeni kimya parkı Sumqayıtın inkişafına təkan verəcək - ARDNŞ

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir E.İsmayılov/

Kimya sənaye parkının yaradılması Sumqayıt şəhərinin inkişafına təkan verəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev parkın yaradılması çərçivəsində görülən işlərlə tanış olarkən jurnalistlərə bildirib.

Yeni park əvvəllər ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin (İB) tərkibinə daxil olan keçmiş Səthi aktiv maddələr zavodunun ərazisində yaradılacaq.

"Burada onun İqtisadi İnkişaf Nazirliyinə təhvil verilməsi üçün ərazilərin təmizlənməsi üzrə işlər aparılır. Artıq müəyyən nəticələr var. Əminəm ki, yeni kimya parkı Sumqayıtın inkişafına təkan verəcək", - Abdullayev deyib.

ARDNŞ prezidenti Sumqayıta səfəri çərçivəsində "Azərikimya" İB-nin Etilen-polietilen zavodunun EP-300 istehsalatının inzibati binasının əsaslı təmirdən sonra açılış mərasimində də iştirak edib.

Xəbər lenti

Xəbər lenti