...

Türkiyə enerji sektoruna 100 milyard dollar investisiya qoymağı planlaşdırır - Baş nazir

Energetika Materials 20 Aprel 2012 15:36 (UTC +04:00)
Növbəti 10 il ərzində Türkiyə ölkənin enerji sektoruna təqribən 100 milyard dollar qoymağı planlaşdırır.
Türkiyə enerji sektoruna 100 milyard dollar investisiya qoymağı planlaşdırır - Baş nazir

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir A.Tağıyeva/

Növbəti 10 il ərzində Türkiyə ölkənin enerji sektoruna təqribən 100 milyard dollar qoymağı planlaşdırır. Trend-in "Zaman" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə cümə günü Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın İstanbulda başlayan Dünya Enerji Sammitinin iştirakçılarına ünvanladığı müraciətində deyilir.

Ərdoğanın sözlərinə görə, bu məsələdə Türkiyənin əsas məqsədi özəl sektordan investisiyaların cəlb edilməsidir.

Ərdoğan, həmçinin qeyd edib ki, Türkiyə ölkənin rolunu gücləndirəcək "Nabukko" və ya "Cənub dəhlizi"nin digər layihələrinin tezliklə reallaşdırılmasını dəstəkləyir.

Xəbər lenti

Xəbər lenti