...

Azərbaycan Liviyada YDM və NEZ tikməyi təklif edir

Energetika Materials 14 May 2012 11:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may / Trend, müxbir S.Ağayeva /

Azərbaycan Liviyada "SOCAR" brendi altında yanacaqdoldurma məntəqələrinin tikilməsi, istər müştərək, istərsə də Azərbaycan tərəfinin investisiyaları hesabına Liviyada neftayırma zavodunun inşa edilməsi üzrə əməkdaşlıq təklif edir.

Belə bir təkliflə Azərbaycanın Liviyadakı səfiri Ağasəlim Şükürov Liviyanın neft və qaz naziri Əbdürrəhman bin Yəzzə ilə görüşündə çıxış edib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan XİN-in mətbuat xidməti səfirliyin məlumatına istinadən xəbər verib.

Səfir həmçinin liviyalı naziri 5-8 iyun 2012-ci il tarixlərində Bakıda keçiriləcək 19-cu Beynəlxalq Neft-Qaz Sərgi və Konfransında iştiraka dəvət edib.

Nazir bin Yəzzə dəvətə görə təşəkkürünü bildirib, öz növbəsində Liviya ilə Azərbaycan arasında neft-qaz sahəsində əlaqələrin qurulmasında maraqlı olduqlarını diqqətə çatdıraraq, ölkələr arasında bir çox sahələrdə əməkdaşlığın vacibliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti