...

Azərbaycanın bəzi rayonlarına qazın verilişində məhdudiyyətlər olacaq

Energetika Materials 22 May 2012 10:14 (UTC +04:00)
Təmir işlərinin aparılması ilə əlaqədar çərşənbə axşamı saat 10:00-dan 18:00-dək Azərbaycanın Ucar rayonuna qazın verilməsində məhdudiyyətlər olacaq.
Azərbaycanın bəzi rayonlarına qazın verilişində məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 22 may / Trend, müxbir E.İsmayılov /

Təmir işlərinin aparılması ilə əlaqədar çərşənbə axşamı saat 10:00-dan 18:00-dək Azərbaycanın Ucar rayonuna qazın verilməsində məhdudiyyətlər olacaq. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyinin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Habelə məhdudiyyətlər Ucar şəhərində və Gəraybəyli, Rəstəcə, Qarabərk və Lək kəndlərində müşahidə olunacaq.

Məlumatda deyildiyi kimi, saat 09:00-dan 19:00-dək Şamaxı şəhərinə, Meysəri, Xınıslı kəndlərinə və Şəhriyar qəsəbəsinə də qazın verilməsində fasilələr olacaq.

Xəbər lenti

Xəbər lenti