Azərbaycan, Bakı, 22 may /Trend, müxbir E.İsmayılov/
Cari ilin aprel ayında 181,3 milyon kilovatsaat elektrik enerjisi istehsal edilib ki, bu da proqnozlaşdırılandan 300 min kilovatsaat çoxdur. Trend-in məlumatına görə, bu barədə "Azərenerji" ASC-nin mətbuat xidmətindən daxil olan məlumatda deyilir.
Məlumatda bildirilir ki, "Şimal" ES MMC-də sayca ikinci 409 MVt-lıq enerji blokunun tikintisi qrafik üzrə davam etdirilir. İkinci enerji blokunun istifadəyə verilməsindən sonra ES-in gücü iki dəfə artırılaraq 809 mVt-a çatdırılacaq.
"Azərenerji" ASC-nin balansında olan elektrik stansiyasının gücü altı min meqavatı ötür. SC-nin balansında 500, 330, 220 və 110 kilovat gücündə olan 200 yarımstansiya, altı su elektrik stansiyası və 13 istilik elektrik stansiyası var.