Azərbaycan, Bakı, 31 may /Trend, müxbir E.İsmayılov/
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Bakının Sabunçu rayonunda yeni avtomobil yanacaqdoldurma məntəqəsini (YDM) istismara verib. Bu barədə cümə axşamı Trend-ə ARDNŞ-dəki mənbə bildirib.
"Stansiya tam hazırdır və artıq iş rejimindədir", - mənbə vurğulayıb.
Onun sözlərinə görə, həmçinin ARDNŞ-nin regiondakı ilk iki yanacaqdoldurma məntəqəsinin tikintisi üzrə işlər davam etdirilir. Hər iki stansiya Azərbaycanın Siyəzən rayonu ərazisində yerləşir.
"Tikilməkdə olan iki məntəqənin ilin sonunadək istismara verilməsi planlaşdırılır", - mənbə deyib.
Mənbənin sözlərinə görə, hazırda Bakıda yerləşən YDM-lərin ümumi sayı 14 ədəd təşkil edir.
Ölkə üzrə ARDNŞ-nin YDM-lərinin ümumi sayının 100 ədədə çatdırılması planlaşdırılır. Onlar iri şəhərlərdə və hər rayonun giriş və çıxışında yerləşdiriləcək.